Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (2-03-2016, 22:45)
"Azərişıq" ASC-nin əməkdaşları iş adamını amansızlıqla döydülər - Fotofakt (

"Azərişıq" ASC-nin əməkdaşları iş adamını amansızlıqla döydülər - Fotofakt (

 

“Azərişıq” ASC-nin Cəlilabad rayon şöbəsinin əməkdaşları rayon sakini Mirismayıl Zeynalovu amansızlıqla döyüblər. 

Avropa.info xəbər verir ki, bu haqda məlumatı redaksiyamızda şikayətində zərərçəkənin qardaşı sahibkar Mircəfər Zeynalov bildirib. 

M. Zeynalov bildirib ki, “Azərişıq”-ın Cəlilabad rayon şöbəsinin əməkdaşları fevralın 29-da sahibkarın çörəkbişirmə sexinə gələrək, orada Mirismayıl Zeynalovu döyüb və daha sonra isə həmin sexə verilən elektrik enerjisini dayandırıblar:

“29.02.2016-cı il 00:40 radələrində “Cəlilabad” EŞ-nin rəhbərliyi və digər işçiləri 5 avtomobil və bu avtomobildəki 9 şəxs mənə məxsus olan “Çörəkbişirmə” sexinə gələrək sayğaca baxış keçirmək istəyiblər. Qardaşım Zeynalov Mirismayıl baxış üçün şərait yaradıb ki, bu şəxslər öz vəzifələrini icra etsinlər. Lakin göstərilən hörmətə rəğmən “Cəlilabad” EŞ-ə rəhbərliyi və işçiləri qardaşıma qarşı zor tətbiq edərək, onu yerə yıxıb 9 nəfər təpik və yumruqla vəhşicəsinə döyüblər. Qol güclərini düşmən üzərində deyil zəif və müdafiəsiz bir insan üzərində yoxlayıblar. Onların orada olması və bu hadisəni törətmələrinə dair əlimizdə əsaslı sübutlarımız var. 

M.Zeynalov deyib ki, sayğaca heç bir müdaxilə olunmadığı halda “Cəlilabad” EŞ tərəfindən heç bir xəbərdarlıq olunmadan elektrik enerjisinin verilməsi 01:00-da əsassız olaraq dayandırılıb: "Xahişlərimizə baxmayaraq, 2 saat enerji vermədilər ki, həmin gecə 1200 kq xəmir yararsız vəziyyətə düşməsin. Buna baxmayaraq, həmin gecə 1200 kq xəmir yararsız vəziyyətə düşdü. Üç gündür ki, “Cəlilabad” EŞ-ə gün ərzində 6-7 dəfə getməyimə və xahişlərimə baxmayaraq hələ də süründürməçilik davam edir. Müəssisədə istehsal tamamilə dayanıb".

Şikayətçi əmin olduğunu bildirib ki, bu şəxslərlə bağlı hüquqi ölçü götürələcək.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024