Hadisə (26-02-2016, 23:21)
Sabunçu Telefon Qovşağının texniki şöbəsinin rəisi işdən azad edilib
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Sabunçu Telefon Qovşağının texniki şöbəsinin rəisi Filman Məhərrəmov işdən azad edilib.
Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bunun səbəbi vətəndaşın şikayəti olub. Belə ki, vətəndaş telefon çəkilişi ilə bağlı qovşağa dəfələrlə müraciət etsə də, ona texniki imkan olmadığı əsas gətirilib və bu xidməti göstərməkdən imtina ediblər.
Sabunçu rayon sakininin bu məsələ ilə bağlı rabitə və yüksək texnologiyalar nazirliyinə şikayətindən sonra nazirlik araşdırma aparıb və məlum olub ki, telefon çəkilişinin aparılması üçün heç bir problem yoxdur və vətəndaşın müraciətinə qəsdən müsbət cavab verilmədiyindən rəis işdən azad edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən nöqsanları aşkar olunan onlarla qovşaq və poçt filialı rəislərinə şiddətli töhmət verilib və bir neçəsi işdən azad olunub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024