İşğal altında olan Dağlıq Qarabağda iki erməni əsgəri ölüb.
Mediatv.az-ın məlumatına görə, onların hansı şəraitdə öldüyü açıqlanmır.
Erməni mətbuatında yer alan məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Əsgərlərin hər ikisi odlu silahdan açılan atəş nəticəsində ölüb.
Ölənlər 1997-ci il təvəllüdlü Kamo Ovanisyan və Temur Suloyandır.
Bənzər hadisə ötən gün də baş verib. 1997-ci il təvəllüdlü David Terteryanın hansı şəraitdə öldürrülmsi barədə heç bir informasiya verilmir.