Gündəm (11-07-2018, 11:15)
XİN-dən Gəncədəki hadisələrə reaksiya
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gəncə şəhərində polislərin qətlə yetirilməsini pisləyib.
Mediatv.az Trend-ə istinadən xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuat konfransında bildirib ki, Azərbaycanın inkişafı Ermənistanla yanaşı, bəzi qüvvələri də narahat edir.
O qeyd edib ki, həmin destruktiv, Azəbaycandakı inkişaf və sabitlikdən narahat olan qüvvələr ölkədə sabitliyi pozmaq istəyir:
"Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən parad Ermənistan və digər deskruktiv qüvvələri narahat edib. Amma həmin qüvvələr bilməlidir ki, bu cür təxribatlara cəhd edərkən onlar öz qarşılarında Azərbaycan dövlətini görəcəklər.
Biz Gəncə gənclərinə müraciət edirik. Onlar vətənpərvərlikləri ilə seçilməli, həmrəylik nümayiş etdirməlidir. Hadisə nəticəsində həlak olan polis zabitlərinin ailəsinə başsağlığı veririk!"