Gündəm (26-03-2017, 16:22)
İlham Əliyev:"Hazırda Danimarka ilə iqtisadi əməkdaşlıq aşağı səviyyədədir"
Azərbaycan ilə Danimarka arasında iqtisadi, o cümlədən ticarət sahəsində əməkdaşlığın aşağı səviyyədədir.
Mediatv.az: Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 26-da sözügedən ölkənin ölkəmizdə yeni təyin olunan səfiri Svend Ollinqin etimadnaməsini qəbul edən zaman bildirib.
Dövlət başçısı Azərbaycan ilə Danimarka arasında ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirməyin zəruriliyini vurğulayıb. İlham Əliyev daha çox biznes əlaqələrinə malik olmağın vacibliyini bildirib.
Prezident Danimarka şirkətlərinin ölkəmizin regionlarında qeyri-neft sektoruna sərmayə yatırmalarını Azərbaycanın iqtisadi siyasətinə uyğun olduğunu vurğulayıb və bunun regionların inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması və daha çox ixrac imkanlarının artırılması baxımından önəmini qeyd edib.