Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli danışıqları başlayıb.
Mediatv.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirib.
Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi fonunda keçirilən danışıqların əsas mövzusu Suriyadakı vəziyyət olacaq.