Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (25-09-2016, 14:38)
Sabahkı referendumu 117 beynəlxalq müşahidəçi izləyəcək

 

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-na təyin edilən referendumun yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün lazımi işləri vaxtında həyata keçirib.

Mediatv.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, MSK referendumun keçirilməsi üçün müəyyən edilən 60 gündən çox səmərəli istifadə edib və hətta bir sıra işlər vaxtından əvvəl həyata keçirilib. M.Pənahov vurğulayıb ki, seçicilər də referendum barəsində ətraflı məlumatlandırılıb: “Həm dairə, həm də məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də maarifləndirilib və onlar öz işlərinə məsuliyyətlə yanaşır”.

MSK sədri bildirib ki, bütün dairələr texniki vasitələrlə təmin edilib ki, məlumatlar dərhal MSK-ya daxil olsun: “Bunun üçün kompüter mütəxəsislərinə xüsusi təlim keçirilib. Seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsi üçün digər dövlət qurumları, o cümlədən polis orqanlarının, Pentensiar Xidmətin, Ombudsman Aparatının, Səhiyyə Nazirliyinin, kütləvi informasiya vasitələrinin əməkdaşları üçün də bu istiqamətdə təlimlər keçirilib. Hesab edirəm ki, sabah səsvermədə heç bir problem yaranmayacaq”.

M.Pənahov bildirib ki, hazırda xaricdə olan seçicilərin səsverməsi üçün müvafiq şərait yaradılıb, xaricdə olan səfirlik və konsulluqlarda seçki məntəqələri yaradılıb.

M.Pənahov əlavə edib ki, referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib.

M.Pənahov qeyd edib ki, bunlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir: “Müşahidə aparmaq istəyən ölkə vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir. Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həmçinin qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir. Ümumilikdə müşahidəçilərin sayı 53 mindən artıqdır. Müşahidə aparmaq üçün müraciət edən keç kimə imtina cavabı verilməyib”.

M.Pənahov əlavə edib ki, 16 ölkədən kütləvi informasiya vasitələrinin nümayəndələri də sabah referendumu izləyəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024