Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (23-09-2016, 10:45)
Prezidentimizin "Yeni Dövlət Modeli"nə səs verməyə 200 minə yaxın seçici çağırdıq - Professor

 

 

Referendum Azərbaycanda "Yeni Dövlət Modeli"nə keçid deməkdir

 

Mediatv.az:  Prezident İlham Əliyev Konstitusiyamıza əlavələr və dəyişikliklər haqqında referendum Aktı layihəsini Konstitusiya Məhkəməsinə göndərən gün onun əsas müddəaları haqqında düşündüm.

Referendum aktı layihəsini bir neçə dəfə oxuyub, mövcud Konstitusiyamızla müqayisə etdim. Ciddi analitik araşdırmalar nəticəsində aşağıda göstərilən

mühüm nəticələrə gəldim:

 

1.Referendum aktı layihəsinin qəbul edilməsi Azərbaycan dövlətçiliyi tarixində yeni bir mərhələnin başlanğıcının Azərbaycan Respublikasının Konstitusiyası səviyyəsində qanunlaşdırılması deməkdir.

 

2.Referendum aktı layihəsinin qəbul edilməsi dünyada baş verən iqtisadi və siyasi kataklizmlərdən mümkün qədər qorunmaq üçün yeni dövlət modelinə keçid deməkdir.

 

3.Yeni dövlət modeli  demokratiyanın beşiyi sayılan Qərb ölkələrin özlərinin də terrordan əziyyət çəkdiyi bir dövrdə qəbul olunur.

 

4.Yeni dövlət modeli həm də Qərb ölkələrinin avtoritar, amma  sabitlik və əmin amanlıq şəraitində yaşayan ölkələri tar-mar edərək, milyonlarla dinc, mülki əhalini məhv etməsindən sonra  onların yerində yaranan terror mühitinin dünyaya yayılma ehtimallarının zamandan asılı olaraq böyük sürətlə artdığı bir vaxtda qəbul olunur.

 

5.Yeni dövlət modeli korrupsiyaya qarşı mübarizənin effektivliyini artıra bilər.

 

6. Yeni dövlət modeli iqtisadi və siyasi idarəetmə sisteminin çevikliyini və effektivliyini artırmağa imkan verəcək.

 

7. Yeni dövlət modeli Azərbaycanın Şərqlə Qərb arasında iqtisadi və siyasi körpü, dialoq mərkəzi olmasına imkan verəcək.   

 

"Yeni Dövlət Modeli"nin yaranmasında aktiv iştirak etmək qərarına gəldik

Bu mühüm və dünyəvi əhəmiyyətli nəticələrdən sonra mənim rəhbərliyimlə Müstəqil Ekspert Qrupu yaratdıq.

Ekspert Qrupu  referendum aktı layihəsini ciddi müzakirə edərək "Yeni Dövlət Modeli" yaranmasının zəruriliyini qəbul etdi.

Yekdilliklə qərara aldıq ki, Azərbaycanın dünya ilə inteqrasiyasını daha asan və daha effektiv təmin edən "Yeni Dövlət Modeli"nin yaranmasında aktiv iştirak edək.

 

Sumqayıt şəhərini seçdik

Əlimizdə televiziya kanalları, medialara əmr vermək səlahiyyətləri, böyük maliyyə imkanları olmadığından Bakı şəhəri kimi böyük meqapolisi yox, həm ərazisinə, həm də əhalisinin sayına görə Bakıdan kiçik  olan Sumqayıt şəhərini seçdik.

 

Ekspert Qrupumuz qarşısına aşağıdakı məsələləri qoydu:

1.Müxtəlif kateqoriyalı seçici qrupları arasında sorğular keçirmək.

2.Referenduma hazırlıq mərhələsində müşahidələr və monitorinqlər aparmaq.

3.Seçicilərə referendumun mahiyyətini şərh etmək və onlarla müzakirələr aparmaq.

4.Seçiciləri referendumda iştirak etməyə çağırmaq. 

5.26sentyabrda respublikamızın müxtəlif ərazilərində referendumu müşahidə etmək. 

 

Ekspert Qrupumuzun üzvləri ilə Sumqayıt şəhərindəki 41, 42, 43, 44 saylı seçki dairələrinin ərazilərindəki 65  seçki məntəqəsində olduq. Dairə və məntəqə sədrləri, onların sıravi üzvləri ilə görüşdük. Seçki məntəqələrinin seçkilərə hazırlıq vəziyyəti, seçici siyahılarının hazırlığı və digər vacib sorğular etdik və müşahidələr apardıq. Məntəqə üzvlərinə  referendum haqqındakı məlumatları seçicilərə vaxtında çatdırmalarını tövsiyyə etdik. Seçicilərin seçki məntəqələrinə gəlib, səs vermələri üçün qanun çərçivəsində lazımi təşəbbüslər göstərməyə çağırdıq.

 

Sumqayıtın bütün məhəllələrində sorğular apardıq və insanları referenduma cağırdıq

41, 42, 43, 44 saylı seçki dairələrinin ərazilərindəki məhəllələrin həyətlərində sorğular aparıb, seçicilərə həm də referendumun mahiyyəti haqqında geniş maarifləndirici məlumatlar verdik. Sonda onları referendumda iştirak etməyə dəvət etdik.  Seçiciləri narahat edən problemləri dinləyib mətbuatda işıqlandırdıq.

Məhəllələrin həyətləri ilə yanaşı mənzillərdə də sorğular aparıb, seçiciləri referenduma dəvət etdik. Qeyd etməliyəm ki, mənzillərdə sorğular aparmaq bir qədər çətin olurdu. Ona görə də ekspertlərimiz mənzillərdə sorğular apara bilməyəndə ancaq sakinləri referenduma dəvət edirdilər. Mənzillərdə sorğular aparmaq və insanları referenduma dəvət etmək üçün çoxsaylı qohumlarımızın köməyindən istifadə etdik.

Eyni zamanda insanların gur toplaşdığı yerlərdə, o cümlədən Sumqayıtın mərkəzi bazarında, onun ətrafında, yarmarkada sorğular aparmağa və seçiciləri referenduma gəlib səs verməyə çağırdıq. 

Hesablamalarımız göstərir ki, məhəllələrdə sorğular aparıb referenduma dəvət etdiyimiz seçicilərin sayı  8670 nəfərdir. Onların ailələrindəki seçicilərin 2,5 nəfərdən ibarət olduğunu nəzərə alsaq bu rəqəm 22 mindən çoxdur. Təxmini hesablamalarımız göstərdi ki, mənzillərdə apardığımız cağırışlar 50 min insanı əhatə edir. Yəni biz Sumqayıtın 70 minə yaxın seçicisini referenduma gəlməyə dəvət etdik. 

Mətbuatdakı çıxışlarımızla və Facebook paylaşmalarımızla ən azı 100 minə yaxın seçicini refenduma gəlib, Konstitusiya dəyişikliklərinə və əlavələrə- "Yeni Dövlət Modeli"nə səs verməyə çağırdıq.   

 

Referendum şəffaf, demokratik və azad şəraitdə keçiriləcək

Referendumqabağı monitorinq nəticəsində Müstəqil Ekspert qrupumuz aşağıdakı mühüm nəticələri bəyan edir: 

 

1. Azərbaycanda referendumqabağı sabit mühit var.

2.Bütün məntəqələr seçkiyə hazır vəziyyətdədir.

3.Seçicilər referendumda iştirak edəcəklər.

4.Referendumda seçici aktivliyi yüksək olacaq.

5.Seçici fəallığı 80%-in ətrafında olacaq.

6.Referendum şəffaf, demokratik və azad şəraitdə keçiriləcək. 

7.Konstitusiyamızdakı dəyişikliklər və yeni maddələrin əlavə olunması Azərbaycan xalqının iradəsi ilə baş tutacaq.

 

Yazıya son olaraq bəyan edirəm ki, referendum prosesində maliyyə yardımı olmadan, normal yaşayış şəraiti, ofisi olmayan Müstəqil Ekspert Qrupumuz referendum prosesində həm balaca, həm də böyük partiyalardan daha məzmunlu və daha böyük işlər gördü.

 

"Yeni Dövlət Modeli" Referendumunun Azərbaycana xeyirli olması naminə,

 

 

Müstəqil Ekspert Qrupunun rəhbəri

 

Prof.Dr. Qüdrət İsaqov

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024