Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (7-09-2016, 14:48)
"Metsamor" təhlükəsi BMT-də müzakirə ediləcək

Bu həftə Cenevrədə BMT Komitəsinin sessiyası keçirilir. Komitəyə Transsərhəd Kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Haqqında Avropa Konvensiyanın (Espo) icrasını nəzərdən keçirmək tapşırılıb.

Mediatv.az Azərtac-a istinadla xəbər verir ki, Komitə üzvləri Metsamorda Atom Elektrik Stansiyası tikintisinin ekoloji fəsadlarını qiymətləndirmək üçün Ermənistanın hansı işlər gördüyünü təhlil edəcəklər. İndiki sessiyada Komitə üzvləri “Dunay-Qara dəniz” dərinsulu kanalının tikintisi və Roven Atom Elektrik Stansiyasının istismar müddəti ilə bağlı Ukraynanın həyata keçirdiyi tədbirləri müzakirə edəcəklər. Komitə Rumıniya sərhədi yaxınlığında Dunay çayının şimal-şərq hissəsində Serbiyanın planlaşdırdığı qonur kömürlə işləyən elektrik stansiyasının tikintisi məsələsini müzakirə edəcək. Gündəlikdə Ostrovetsk atom Elektrik Stansiyasının tikintisinə dair Belarus və Litvanın fəaliyyəti də yer alıb.


Transsərhəd Kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Haqqında Konvensiya BMT-nin Avropa İqtisadi Komissiyasının himayəsi ilə 1991-ci ildə qəbul edilib və 1997-ci il sentyabrın 10-da qüvvəyə minib.

Konvensiya ona qoşulan tərəflərin ilkin planlaşdırma mərhələsində bəzi fəaliyyət növlərinin ətraf mühitə təsirinə dair qiymətləndirmə aparmasını nəzərdə tutur. Konvensiya iştirakçıları ətraf mühitə olduqca zərərli transsərhəd təsir göstərə bilən böyük layihələrin hazırlanması xüsusunda bir-biri ilə məsləhətləşmək barədə razılığa gəliblər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024