Gündəm (3-09-2016, 09:24)
Referendum öncəsi təşviqat başlayır
Bu gündən Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar referendumqabağı təşviqat başlayır.
Mediatv.az -ın məlumatına görə, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılır.
Təşviqat sentyabr ayının 25-də, saat 08:00-da başa çatacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.