Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (8-08-2016, 11:18)
Putin bu gün Bakıya gəlir, Kreml proqramı açıqladı


Bu gün Rusiya prezidenti Vladimir Putin İran və Azərbaycan prezidentləri ilə üçtərəfli danışıqlarda iştirak etmək üçün Bakıya səfərə gəlir. Bu formatda prezidentlərin görüşü ilk dəfədir baş tutur.

Mediatv.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında Putinin Bakıda əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacağını deyib.

 

“Prezident Bakıya gələndən sonra əvvəlcə onun Əliyevlə görüşü olacaq, sonra Ruhani ilə. İkitərəfli təmaslar daha sonra üçtərəfli sammitə keçəcək”-Uşakov bildirib.

Moskvada qeyd edirlər ki, görüşdə əsas diqqət nəqliyyat layihələrinə yönələcək. “Üçtərəfli sammitin əsas məqsədi ilk növbədə nəqliyyat sahəsində infrastruktur layihələrinin irəliləməsi imkanlarını araşdırmaqdır”-Rusiya prezidentinin köməkçisi bildirib.

Uşakov dəqiqləşdirib ki, söhbət ilk növbədə Rəşt (İran)-Astara( Azərbaycan) dəmir yol magistralının tikintisindən gedəcək. Bu, beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsidir. Uşakov xatırladıb ki, bu layihə 2008-ci ildən müzakirə olunur. “Diskussiyalarda Rusiya Dəmir Yolları tərəfindən bəyan edilib ki, şirkət bu layihənin operatoru qismində çıxış edə bilər və buna hazırdır”-Putinin köməkçisi əlavə edib.

Rusiya prezidentinin köməkçisi prezidentlərin gündəmində iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair yeni perspektivlərin müzakirəsi dayanır. Əsas diqqət energetika sahəsində əməkdaşlığa yönəldiləcək. “Biz hər şeydən əvvəl Xəzərdə neft yataqlarının birgə kəşfiyyatı, işlənməsi və hasilatı ilə bağlı layihələrin reallaşdırılmasına əhəmiyyət veririk”-Uşakov deyib.

Ümumiyyətlə, Uşakov deyir ki, üç ölkə liderlərinin görüşündə müzakirə olunası çox məsələ var. Çünki söhbət bir-biri ilə qonşu olan üç ölkədən gedir. “Onlar oxşar problemlərlə qarşılaşıblar, o cümlədən qlobal iqtisadi böhran, sərhədlərimiz yaxınlığında situasiya, Əfqanıstanla sərhədlər və ümumyyətlə Yaxın Şərqdə vəziyyət, terrorçuluqla mübarizə və s.”-Uşakov bildirib.

Bu baxımdan gözlənilir ki, dövlət başçıları aktual beynəlxalq məsələlərlə bağlı da fikir mübadiləsi edəcəklər. “Məsələn, Moskva beynəlxalq terrorçu təşkilatlara dair informasiyaların mübadiləsini fəallaşdırmaq niyyətindədir. Bu, bizim sərhədlərimizdən terrorçuların, silah və narkotiklərin daşınmasının qarşısını effektiv almağa imkan verərdi”-o deyib.

Habelə gözlənilir ki, regional təhlükəsizlik kontekstində prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da diqqət yetirəcəklər. Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü Bakının ən görkəmli arxitektura abidələrindən olan Heydər Əliyev Mərkəzində keçiriləcək.Sammiti ev sahibi kimi Əliyev açacaq. Daha sonra Rusiya və İran prezidentləri çıxış edəcək. Ardınca sahə nazirliklərinin rəhbərlərinin çıxışı olacaq. Üçtərəfli sammitin yekununa dair birgə bəyannamə imzalanacaq. Sonra üç ölkə xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcək.

Virtualaz.org

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024