Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (19-07-2016, 13:10)
“100 illərlə yetişdirilən generallar və admirallar hansısa siyasətin qurbanına çevrildi”

“100 illərlə yetişdirilən generallar və admirallar hansısa siyasətin qurbanına çevrildi”

 

Çevrilişin Türkiyə ssenarisi çox pinti, səliqəsiz və səriştəsi olmayanların cəhdi idi”

 

 Mediatv.az xəbər verir ki, qardaş Türkiyədəki son hadisələrlə bağlı politoloq Rövşən Novruzoğlu xeberinfo.com-a danışdı:

 “Türkiyə olaylarında baş verən həm iqtisadi,  həm ictimai-siyasi  hadisələrin təhlilləri davam etməkdədir. KİV, radio və  televiziya təhlilçiləri iddia edirlər ki, Türkiyədə Ərdoğan hökumətinə qarşı  törədilmiş dövlət çevrilişi baş tutmadı. Bir kəsim bu iddiadadır. Digər tərəfdən istər istəməz bütün deyilənləri bir yana qoyub düşünürsən, götür - qoy edirsən, müqayisələr aparırsan:

Doğurdanmı, Türkiyədə dövlət çevrilişi ediləcəkdi? Lakin,  kimlərinsə istəkləri baş tutmadı. Təxminlərimiz göstərir ki, çevrilişin Türkiyə ssenarisi çox pinti, səliqəsiz və səriştəsi olmayanların cəhdi idi.  Bu çevrilişin ilkin əlamətlərini biz görmüşük.

Bu 1991-ci ildə bədnam M. Qorbaçovun həyata keçirdiyi və bunun da nəticəsində insanlari fəlakət altında saxladığı dövlət çevrilişi ilə eynidir! Ssenari eynidi. Sadəcə icraçılar başqadır. Bu çevriliş çox tələsik şəkildə kimlərinsə diktəsi ilə hazırlanmış kampaniyadır. Türkiyə yeganə dövlətlər sırasındadır ki, onun “dövlət çevrilişi ənənəsi” var . Və bu çevriliş də həmişə hərbiçilərin, generalların və digər qurumların yüksək rütbəli şəxslərin rəhbərliyi ilə baş tutmuşdular. Yəni, indiyədək belə biabırçı şəkildə olmayıb.

Hələ indiyədək möhtəşəmliyi ilə seçilən Türk əsgəri minlərlə insanın gözü qarşısında bele təhqir olunmamışdı, döyülməmişdir! Qulağı kəsilərək döyülən Türk generalı nəyə işarədir? Amma xatırladım ki, bir türk generalını yetişdirmık üçün təqriban nə az nə çox, 50 il vaxt tələb olunur.

 Yenə belə bir sual meydana çıxır, Türkiyədə nə baş verir?.  Fikrimizcə bu hadisələri Türkiyədə dövlət çevrilişi deyil, sadəcə saxta, bir qrup qondarma hərbiçilərin, qarışıq addımı kimi qəbul etmək lazımdır.

Çevriliş,  özü də  Türkiyə kimi zəngin dövlətçilik ənənəsinə malik olan bir diyarda  belə dövlət çevrilişi baş verə bilməz.

Burada bu çevriliş olaylarında başqa bir niyyət var.

ABŞ MN-də (PENTAQON) araşdırılıb ki, 2020-ci ildə Türkiyə silahlı qüvvələrində xidmət edən əsgərlərin 80 faizini məhz kürdlər təşkil edəcək. Bu fakt olaraq qalır və Ərdoğanı da hələ uzun müddət düşündürəcək.

Türkiyədə bütün bunlardan sonra düşünməmək olmur. Türk ordusunun qoşun kontingentində milliyyətcə kürd olan əsgər və zabitlərin təmizlənmə siyasətinə başlanıldı. İndiyədək həbs olunan 6-7 min əsgər və zabitin ilkin məlumata görə 93 %-ni milliyyətcə kürdlər təşkil edir.

Türkiyədə demoqrafiq mühit də pozulub. Əhalinin 58 %-i (qadınlar)  boşanmış halda yaşayır. 64 % qadın tək uşaqla yaşayır. 2013 cü ilə nisbətən, sonsuzluq 6 dəfə artıb. Bu gün əhalinin min nəfərindən 68 %-i sonsuzdur (kişilər 51 %).

 

Fikrimcə, Türk ordusunun əvvəlki şərəfli və ləyaqətli Türk ordusu olacağı sual altındadır. 100 illərlə yetişdirilən ordu generalları və admiralları, hansısa siyasətin qurbanına çevrildi. İndiyə qədər verilən şəhidlər, unutdurulmağa çalışılır. Türk ordusunun əsgərləri, daha kürd seperatizminə və terrorçularına qarşı vuruşmada əvvəlki ləyaqətlərini qoruya biləcəklərmi? Bu gün heç kəs - Türk ordusunda, bu hadisədən sonra, nə erməniyə qarşı vuruşmaq istəyir, nə də kürdlərə və İŞİD-çilərə qarşı vuruşmaq istəmir. Onlar o vuruşa nifrət edirlər. Hansısa siyasət– möhtəşəm türk ordusunun əsirlərlə hörülmüş sütunlarını dağıdır. Bu, sözün əsl mənasında cinayətdir! Zaman gələcək, Türkiyənin bugünkü mənzərəsinə həqiqət işığı tutacaq. Hər şey olduğu kimi deyiləcək”.

 xeberinfo.com

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024