Mediatv.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, üçtərəfli görüşdə bölgədə iş birliyi, qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik, sabitlik və bölgənin rifahına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Üçtərəfli zirvə toplantısının keçirilməsi haqda qərar bu ilin avqustun 28-də Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşündə qəbul edilib.