Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-01-2015, 09:31)
Əl-Qaidə lideri ABŞ-da öldü

Əl-Qaidə liderlərindən biri olmaqda ittiham olunan Əbu Ənas əl-Libi məhkəməsindən bir neçə gün öncə ölüb. 


ANS PRESS-in məlumatına görə, o, 1998-ci ildə Afrikadakı ABŞ səfirliklərinə hücumlar həyata keçirməkdə şübhəli bilinirdi.

50 yaşlı Abu Anas al-Liby cümə günü xəstəxanada ölüb, onun həyat yoldaşı və vəkilləri məlumat verir. Onun qara ciyər xərçəngindən əziyyət çəkdiyi deyilir.
Cənab Liby 2013-cü ildə, ABŞ-ın Tripoli şəhərində etdiyi reyd nəticəsində tutulmuşdu.

Yanvarın 12-də o, 1998-ci ildə baş verən hücumlar barədə məhkəmədə iştirak etməli idi. Onun törətdiyi iddia edilən hücumlar nəticəsində Keniya və Tanzaniyada 220-dən çox adam öldürülmüşdü.

Əsl adı Nazih Abdul-Hamed al-Ruqai olan cənab Libi terrorçuluq ittihamlarını rədd edirdi.

1994-cü ildən “Əl-Qaidə” sıralarında döyüşən Libi, Üsamə bin-Ladenin etibarlı adamlarından hesab edilir.

Şənbə günü onun həyat yoldaşı Um Abdullah ABŞ hökumətini "günahsız kişini oğurlamaqda, onunla pis rəftar etməkdə və onu öldürməkdə" ittiham edib, Associated Press xəbər agentliyi məlumat verir.

O həmçinin deyib ki, onun həyat yoldaşı qara ciyər əməliyyatından sonra baş verən ağırlaşmaya görə ölüb

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024