Dünya (23-12-2014, 13:45)
Qəribə Yeni il adətləri
Dünyada Yeni il bayramı müxtəlif yerlərdə müxtəlif cür qeyd edilir
Hər ölkənin və ərazinin də öz adət-ənənələri var.
Simsar.az bir neçə qeyri-adi adət-ənənəni sizinlə bölüşür.
Estoniyada süfrədə 7 cür bişirilmiş yeməyin olmasına diqqət edilir. 7 cür yemək bişirmək gələcək ildə bolluq olması deməkdir. Bundan əlavə, bir nəfərin 7 nəfərlik yemək yeməsi həmin insanın 7 insanın gücünə yiyələnməsi kimi qiymətləndirilir.
Argentinada yeni il günü saat 00:00-ı göstərən zaman sağ ayağınızı irəliyə uzatsanız, yeni ilə sağ ayaqla girmiş olarsınız və bütün il uğurlu keçər.
Çilidə isə yeni ilə girərkən bir qaşıq mərci yeməyin qarşıdakı ildə çoxlu pul gətirəcəyinə inanırlar.
Yeni Zellandiya camaatı yeni il gecəsi küçələrə axışırlar. Onlar əllərindəki qazan-qaşıqla mümkün qədər yüksək səs çıxarmağa çalışırlar.
Panamada isə yeni il gecəsi “muneco” adlandırılan gəlincikləri yandırırlar. Bununla da pis ruhlar yeni ildə insanlara zərər verə bilmirlər.
İspaniyada gecə yarısı saat zəngi çalınarkən hər çalınmaya görə bir gilə üzüm yemək lazımdır.
Braziliyada çimərliyə axışan insanlar 7 dalğanın üzərindən hoppanmağa çalışırlar. Bu, bizim Novruz bayramında tonqaldan hoppanmağımıza bənzəyir.
Kolumbiyalılar boş çamadanlarla küçələrdə gəzirlər. Bu o deməkdir ki, yeni ildə bol-bol səyahətlər edəcəksiniz.
Şotlandiyada yeni il girər-girməz dost-tanış bir-birinin evinə qonaq olur. Onlar özləri ilə ənənəvi – çörək, viski, duz, kömür kimi hədiyyələr aparırlar.