Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (12-09-2014, 22:19)
Bəşəriyyəti dəhşətli təhlükə gözləyir - ARAŞDIRMA

 

Alimlərin böyük qismi dünyada istiləşmə, bir hissəsi isə soyuma prosesinin getdiyini deyir

Dünyanı bürüyən hərbi-siyasi münaqişələr fonunda yaddaşlardan silinmiş qlobal istiləşmə təhlükəsi yenidən gündəmə gəlib. Ümumdünya Meteorologiya Təşkilatı karbon dioksid qazlarının atmosferdəki səviyyəsinin kəskin artdığını bildirib. Qurum karbon dioksidin - CO2 maddəsinin son illər rekord səviyyəyə yüksəlməsi barədə aparıcı sənaye dövlətlərinə xəbərdarlıq edib. Təşkilatın hesabatında bildirilib ki, son 30 il ərzində karbon dioksidin səviyyəsi bugünkü qədər yüksək olmayıb. Bundan əlavə, metan və azotlu oksidin də artdığı vurğulanıb. Ümumdünya Meteorologiya Təşkilatının direktoru Mişel Carraudun bildirdiyinə görə, CO2-nin 80 faiz artımı 1990-2013-cü illər ərzində qazın 34 faiz artmasının göstəricisidir: “Narahatlıq doğuran faktorlardan biri CO2-nin armosferdə uzun müddət qalmasıdır. Əgər sabah emissiya qazları tullantıları dayandırılsa belə bu qaz yüz min illərlə atmosferdə qalacaq”.

Carraud deyib ki, atmosferin çirklənməsinin 25 faizi insan fəlaiyyətinin nəticəsidir. Bunların 25 faizi okeanlardan, 25 faiz biosferdən, qalanları isə atmosferdən qaynaqlanır. O, CO2-nin keçmiş, indiki və gələcəkdə qlobal istiləşməyə və okeanlarda turşuluğun artmasına yol açdığını deyib. Ümumdünya Meteorologiya Təşkilatının direktoru vaxtın bəşərəyyətin əleyhinə işlədiyini bildirib: “Konsentrasiya yüksək həddə çatır. Iqlim dəyişikliyinə mane olmaq üçün ciddi ölçülər götürməyə ehtiyac var. Həlli mümkün olmayan və çox hallarda baha başa gələcək halların qarşısı alınmalıdır”.

Fərziyyələr…

Amma maraqlıdır ki, dünyanın hər yerində elmi müəssisələr iqlim dəyişikliyi ilə bağlı, konkret desək qlobal istiləşmə ilə bağlı sanki hər şeyi səbəblərini də, həlli yollarını da bilirlər kimi davranırlar. Bunu onların verdikləri bəyanatlardan da hiss eləmək mümkündür. Qlobal istiləşmə ilə bağlı bir sıra iddialar var ki, onları nəzərə çatdırmaq istərdim: 1. Havanın istiləşməsinə başlıca səbəb atmosferdə yayılan karbon dioksid qazının yaratdığı istilik qazıdır; 2. Karbon dioksid qazının atmosterdə artmasının səbəbi isə sənayenin sürətli inkişafı ilə bağlıdır; 3. Səbəb meşələrin qırılması və şəhərləşmədir; 4. Qlobal istiləşmə ancaq insanların karbon dioksid tullantılarını atmosferə atmasını dayandırdığı təqdirdə dayandırıla bilər və təbii ki, buna trilyonlarla dollar vəsait tələb olunur.

Dünya soyuyur

Ümumiyyətlə, qlobal istiləşmə prosesinin getdiyini iddia edənlərə cavab olaraq göstərmək lazımdır ki, məsələn, 1998-ci ildən 2006-cı ilədək dünyada soyuqlaşma prosesi gedib. 2007-2009-cu illər arasında da eyni vəziyyət davam edib. Əslində alimlər 1900-cü ildən 2000-ci ilədək olan 100 il ərzində qlobal miqyasda temperaturun 0,74 dərəcə civarında yüksəldiyini hesablıyıblar. Yəni bir əsr ərzində dünyada temperatur 0,74 dərəcə isinib. Məsələ ondadır ki, yer kürəsinin 4,5 – 5 milyard yaşı var və əslində bu rəqəmlə müqayisədə sadəcə 100 il ərzində davam edən prosesin cüzi nəticəsi ilə havaların istiləşdiyini demək mümkün deyil. Təbii ki, son 500 və ya 1000 ildə atmosferdə qeydə alınmış dəyişiklikləri analiz etməklə nəticə çıxarmaq daha doğru olardı. Yeri gəlmişkən, bir qrupp ekoloq 1880-1970-ci illər ərzində havanın dəyişməsinə dair əldə olan qeydləri hesablayıblar və 90 il ərzində havanın temperaturunun sabit qaldığını görüblər.

Aparılan elmi tədqiqatlar nəticəsində məlum olub ki, dünyada temperaturun artması və ya azalması halları əslində həmişə mövcud olub. Məsələn, təxminən 2500 il əvvəl qısa müddətdə qlobal miqyasda temperatur 3 dərəcədən artıq yüksəlib, amma sonradan yenidən soyuma başlayıb. Hansı ki, o vaxt nə bu gün müqəssir saydığımız sənaye vardı, nə şəhərləşmə, nə də havanı çirkləndirən avtomobillər. Bu anlamda son 40-50 ilin proseslərində əndişələnib, nəticəyə gələ bilmərik. Əslində bəşəriyyət qlobal soyumadan qorxmalıdır. Çünki təbii fiziki qanunauyğunluğa əsasən 5 milyard il öncə odlu qazlardan formalaşan Yer kürəsi keçdiyi uzun geoloji dövr ərzində soyumaqdadır. Yəni mərkəzi mantiyası hələ də ərimiş dəmir kütləsindən ibarət olan Yer kürəsi sürətlə daxili istiliyini müxtəlif yollarla kainata üfürür və tədrici soyuyur. Bu mənada bəşəriyyət daha çox yeni buz dövrünün gələ biləcəyindən narahat olmalıdır.

Onu da qeyd edək ki, qlobal istiləşməni iddia edənlər ilin qış fəslində havaların ildən ilə daha kəskin şaxtalı keçdiyini də nəzərə almalıdırlar. Burada söhbət ondan getmir ki, mütləq qar yağıntısının miqdarı artmalıdır, əsla! Yəqin hamı diqqət verir ki, qışda havada kəskin şaxtalar olur və bu əvvəlki dövrlərin qış fəsillərində qeydə alınmırdı…

Günahkar okeanlar

Qlobal istiləşməni iddia edənlər başlıca günahı havaya atılan istixana qazlarında görürlər. Əslində isə burada məntiqi bağlantı yoxdur. Niyə? Ona görə ki, temperaturun yüksəlməsi ilə karbon dioksidin artımı eyni anda baş verir və soyuma zamanı da karbon dioksidin səviyyəsi enir. Qlobal istiləşməyə karbon dioksidin səbəb olması barədə iddia edənlər məhz bunu nəzərə alırlar. Bu gün dünyada «Qranger causality» testindən istifadə olunur və bu testi irəli sürən şəxs tapıntısına görə Nobel mükafatı da alıb. Hətta havanın istiləşməsi ilə karbon dioksid qazının artması arasında müqayisə apardıqda bu test də nəticə verməyib. Hansı ki, həmin test paralel gedən proseslərdən birinin digərinə təsirini öyrənir. Yəni bu iki amil paralleli mövcudluğunu qorusa da, biri digərinə təsir göstərmir.

Alimlərin tərtib etdiyi qrafikə əsaən son bir əsrdə məhz insanların fəaliyyəti nəticəsində atmosferdə karbon dioksidin səviyyəsi əvvəlki əsrlərlə müqayisədə 30 faiz artıb. Amma bu o demək deyil ki, temperatur da paralel olaraq 30 dərəcə artıb. O ki qaldı qlobal istiləşməyə atmosferdə karbon dioksidin artmasının birbaşa təsir göstərməsinə, bu da absurddur. Çünki havada istixana effekti verən karbon dioksid yox, su buxarıdır. İstixana qazının yaranmasında 70 faix su buxarı, cəmi 15 faiz karbon dioksid rol oynayır. Onu da nəzərə alaq ki, düna atmosferində mövcud olan istixana qazının yalnız 2 faizi insan əməyi sayəsində yaranır, qalan 98 faiz okean sularından buxarlanır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024