Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (12-06-2020, 12:34)
Ərdoğan və Putin telefonla nə danışıb?

 Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin telefon danışığının əsas mövzusu Liviyada vətəndaş müharibəsinin sona çatması və atəşkəsin bərpası olub.
Mediatv.az “Milliyet”ə istinadən xəbər verir ki, söhbət zamanı regional məsələlər, xüsusilə Liviya və İdlibdə baş verən hadisələr, koronavirus pandemiyasına qarşı mübarizə və epidemiyadan sonrakı dövrdə atılacaq addımlar müzakirə olunub.
Telefon danışığı zamanı Putin Liviyada atəşkəsin əhəmiyyətinə diqqət çəkib. Ərdoğan isə “Atəşkəsi pozan Sərrac deyil, Həftardı. Həftar da sizdən güc alır” cavabını verib.
Ərdoğan Putinə Həftarın tənəzzülə uğraması və beynəlxalq ictimaiyyətdəki nüfuzunu itirməsini nümunə gətirərək onun legitim bir qüvvə olmadığını bildirib.
Putinin xatırlatdığı sözügedən qərarlarda “silah embarqosu”nun tətbiqi ilə əlaqəli məqalələrin olduğunu qeyd edən Ərdoğan, Həftara heç bir embarqonun tətbiq olunmadığını və əksinə dəstək verildiyini bildirib. Türkiyə Prezidenti bütün bu dəstəklərə baxmayaraq, Həftarın məğlubiyyətinin davam etdiyini qeyd edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024