Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (23-01-2018, 10:55)
Alman feldşer 97 nəfərin qətlində təqsirləndirilir

Alman feldşer 97 nəfərin qətlində təqsirləndirilir

 

Almaniyada xəstələri öldürdüyünə görə ömürlük azadlıqdan məhrum edilmiş feldşer Nils Högel daha 97 analoji qətl törətməkdə şübhəli bilinir.

Mediatv.az-ın məlumatına görə, bu barədə “Nordwest-Zeitung”da məlumat yayılıb.

Oldenburq şəhər Prokurorluğunun bəyanatına əsasən, 41 yaşlı feldşer 62 pasiyenti şəhər xəstəxanasında, daha 35 xəstəni isə qonşu Delmenhorst şəhərinin klinikasında qətlə yetirib. 

Högel həmkarlarına və rəhbərliyinə öz “tibbi bacarıqlarını göstərmək və bekar qalmamaq" məqsədilə reanimasiya şöbəsində yatan ağır xəstələrə  sağlamlıq üçün təhlükəli dozalarda iynə vurduğunu bildirib. Xəstələrin həyatını xilas etdiyinə görə ona hətta həmkarları arasında “Rembo-xilasedici” adı da verilib.

Feldşer  pasiyentlərdə ürək aritmiyası, mədəciklərin fibrilyasiyası və hipotoniya yaradan preparatlardan istifadə edib.  Sonra onları həyata qaytarmağa çalışıb. Ancaq bu heç də hər zaman uğurlu alınmayıb.

Feldşerin 1999-2005-ci illərdə müxtəlif xəstəxanalarda işlədiyi bildirilir. İstintaq məlumatlarına görə, Högel ilk qətli 2000-ci ildə Oldenburq şəhərində törədib. Orada Högeli cinayət başında yaxalamaq mümkün olmasa da,  tibbi müəssisənin əməkdaşları ondan şübhələnməyə başlayıb və çox keçmədən işdən kənarlaşdırılıb. Ancaq xəstəxanadan ona verilən yaxşı xasiyyətnamə hesabına kütləvi qətlləri törətdiyi Delmenhorst şəhər xəstəxanasında işə düzəlib. Onun cinayət əməlləri 2005-ci ildə ifşa olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024