Əfqanıstan və ABŞ hərbçilərinin keçirdiyi birgə əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının regional liderlərindən biri olan Hafiz Səid Xan məhv edilib.
Mediatv.az "RİA Novosti"yə istinadən bildirir ki, bunu Əfqanıstanın Pakistandakı səfiri Ömər Zəhilval bəyan edib.
Hafiz Səid Xan İŞİD-in Əfqanıstan, Pakistan, İranın şərqi və Mərkəzi Asiyanın bir hissəsini özündə birləşdirən “Xorasan əyalətinin” başçısı olub.