İran neft hasilatının həcmlərinin dondurulması üzrə məsləhətləşmələr aparmaq üçün sabah Qətərin paytaxtı Dohada keçiriləcək görüşdə iştirak etməyəcək.
Mediatv.az xəbər verir ki, bu barədə məlumatı «Reuters» agentliyi yayıb.
Mənbənin bildirdiyinə görə, İran İslam Respublikasının neft nazirinin görüşdə iştirakı əvvəlcədən planlaşdırılmamışdı, lakin bu ölkənin görüşə xüsusi nümayəndə göndərəcəyi gözlənilirdi.