Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-04-2016, 13:16)
Azərbaycanın hərbi xərcləri 3 milyard, Ermənistanın 447 milyon dollar – SIPRI

67d4f5e16c1ed46fcde25ae93337d892

 

2015-ci ildə dünya üzrə hərbi xərclər 1 faiz artaraq 1,7 trilyon dollar olub.

Mediatv.az-ın məlumatına görə, bu barədə Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) hesabatında deyilir.

Siyahıya ABŞ başçılıq edir. Bu ölkənin 2015-ci ildə hərbi xərcləri 589 milyard dollar təşkil edib. İkinci yeri 215 milyard dollar xərclə Çin tutur. Səudiyyə Ərəbistanı 87,2 milyard dollar göstərici ilə 3-cü, Rusiya isə 66.4 milyard dollar göstərici ilə 4-cüdür.
Bildirilir ki, Cənubi Qafqazda Azərbaycanın 2015-ci ildə hərbi xərcləri 3 milyard dollar təşkil edib. Bu rəqəmin 2006-ci ilə nisbətən 165 faiz artdığı bildirilir: “Neft qiymətlərinin düşməsinə baxmayaraq, Azərbaycanın hərbi xərcləri 2014-cü illə müqayisədə 2015-ci ildə 8 faiz yüksək olub. Buna səbəb isə Dağlıq Qarabağla bağlı Azərbaycanla Ermənistan arasında münaqişənin kəskinləşməsidir”.
Ermənistanın hərbi xərcləri isə 2015-ci ildə 447 milyon dollar təşkil edib. Bu rəqəm 2014-cü illə müqayisədə 7,7 faiz artıqdır.
Hesabatda qeyd olunur ki, 2014-cü ildə neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar bəzi ölkələrdə hərbi sahəyə ayrılan vəsait də azalıb.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024