Dünya (4-04-2016, 11:36)
Ermənilər Qarabağdan qaçır, 50 nəfər sığınacaq istəyib
“Ötən həftə sonu Dağlıq Qarabağ ərazisində yaranan gərginlikdə azı 33 nəfər ölüb, 200-dən çox adam yaralanıb”.
Mediatv.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə BMT-in Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (HMKİ) hesabatında qeyd olunub.
Bildirlib ki, Ermənistan və Azərbaycandakı rəsmi mənbələrin yaydığı xəbərə əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş atışmada 30 əsgər və 3 dinc sakin həyatını itirib. Mülkü vətəndaşlar və hərbçilər arasında nə qədər yaralı olması barədə rəsmi məlumat yoxdur. Qeyri-rəsmi mənbələrə görə, yaralıların sayı 200-i ötüb.
İdarənin məlumatına görə, gərginliyin yaşandığı məqamda təxminən 150 min, şiddətli qarşıdurmaların getdiyi ərazilərdə isə 14,4 min insan yaşayır:
“Eyni zamanda BMT-yə münaqişə tərəflərindən humanitar yardım almaq barədə müraciət daxil olmayıb. Azərbaycan hökuməti insanların daxili yerdəyişməsinin olmadığını bəyan edib. Lakin Ermənistan tərəfindən 50 nəfər Yerevandan müvəqqəti sığınacaq istəyib”.