Dünya (1-04-2016, 21:15)
Patriarx: “Allah Putini də Hitler kimi cəzalandıracaq”
"Hitler də cinayətkar, aqressor idi, amma Allah bu aqressorun SSRİ-nin təxminən üçdə birini tutmasına imkan verdi".
Mediatv.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığının rəhbəri Filaret söyləyib. Onun sözlərinə görə, Allah özü Rusiyanı cəzalandıracaq:
“Allah həmçinin yəhudi xalqının Babilə əsir düşməsinə göz yummuşdu. Suryanlar yəhudiləri Allahdan imtina edib, bütlərə etiqad edəndə fəth etdilər. Allah həmçinin Hitlerə bizim xalqlara ağır əziyyətlər verməsinə icazə verdi, amma insanlar tövbə etməyə başlayanda Hitlerə qalib gəlməyə kömək etdi. Eynən indi də Allah aqressorun Krıma girməsinə izn verib. Krımda insanlar indi Ukraynanın tərkibində yaşadıqlarından daha pis yaşayırlar. Allah Rusiyanın Donbasa girməsinə də göz yumdu. İndi aqressor burada insanları öldürür. Bütün dünya şahiddir ki, Rusiyadan necə dəhşətli silahlar gətirilərək insanlar məhv edilir. Amma bu aqressoru da Allah Almaniya kimi cəzalandıracaq. Hitler özü-özünü öldürdü, Almaniya parçalandı, İkinci Dünya Müharibəsinin qurtarmasından sonra xeyli əziyyətlər çəkdi. Allah Rusiyanı da zamanı gələndə cəzalandıracaq. Ona görə ki, günah heç vaxt cəzasız qala bilməz”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024