“Putin Suriyadakı müharibəni bir telefon zəngi ilə bitirə bilər”.
Mediatv.az bildirir ki, bunu BBC-yə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond deyib.
Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd yalnız Rusiyanın dəstəyi ilə hakimiyyətdə qala bilir: “Planetdə yalnız bir nəfər var ki, təkcə bir telefon zəngi ilə Suriyada vətəndaş müharibəsinə son qoya bilər. Bu prezident Putindir. Bəşər Əsəd prezident postundan gedəcək, yoxsa qalacaq? Bu son nəticədə Rusiyanın onu kənarlaşdırmaq üçün öz təsirindən istifadə edib-etməyəcəyindən asılıdır".
Britaniya XİN başçısı eyni zamanda Rusiyanı BMT-nin qətnamələri və beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıb. O qeyd edib ki, vaxtı ilə Suriyanın ən böyük meqapolisi olan Aleppo şəhəri ilə bağlı yaranmış vəziyyət narahatlıq doğurur: “Ruslar “xalça bombardımanı” taktikasından müxalif qüvvələrin nəzarətində olan dinc sakinlərin yaşadığı rayonlara zərbələr istifadə edirlər”.
Hammond Rusiyanın hava zərbələrinin müxalifəti zəiflətdiyini də bildirib. Onun fikirincə, buna baxmayaraq, Bəşər Əsəd ordusu müxalifətçilərin boşaltdığı əraziləri ələ keçirə bilməyəcəklər.