Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov Odessa vilayətininin qubernatoru Mixail Saakaşvilini yenə təhqir edib.
Mediatv.az xəbər verir ki, nazir Saakaşvilini “siyasi dələduz” adlandırıb. Avakov öz fikirlərini rəsmi Tvitter hesabında izləyiciləri ilə bölüşüb.
Məlumata görə bu, Arsen Avakovla Mixail Saakaşvili arasında baş verən ilk insident deyil.
Yəqin diqqətli oxucuların yadındadır: ötən il dekabrın 14-də prezident Pyotr Poroşenkonun rəhbərlik etdiyi Milli İslahat Şurasının toplantısında Avakov münaqişə zəminində Saakaşviliyə “Ölkəmdən rədd ol” deyərək üzünə içərisi su ilə dolu stəkan atmışdı.
Saakşvili isə dəfələrlə bəyan edib ki, "Avakovun yeri həbsxanadır".