Dünya (12-02-2016, 16:51)
Corc Soros: "Putin Avropa üçün İŞİD-dən daha təhlükəlidir"
Amerikalı milyarder Corc Soros "Guardian" üçün yazdığı məqalədə Rusiya prezidentinin Avropa İttifaqı üçün İŞİD-dən daha böyük təhdid təşkil etdiyini deyib.
Mediatv.az-ın məlumatına görə, məqalə Qərb liderlərinin Putinə münasibətini tənqid edərək başlayır:
"ABŞ və Avropa İttifaqı liderləri prezident Vladimir Putinin Rusiyasının İŞİD-ə qarşı müharibədə potensial bir müttəfiq olduğunu düşünərək, acı bir xəta edir".
Amerikalı milyarder, Putinin hədəfinin Avropa İttifaqının dağılmasını təşviq etmək olduğunu və bunun ən yaxşı yolunun da Avropaya axan suriyalı qaçqın seli olduğunu qeyd edir.
Soros Rusiyanın Suriyada bunu əvvəldən belə hesablayaraq müdaxiləyə başlamadığını, ancaq daha sonra bunu istifadə etdiyini yazır:
"Putin istedadlı bir taktikaçıdır, ancaq strategiya düşünən biri deyil. Onun Suriyaya Avropa qaçqın böhranını ağırlaşdırmaq üçün müdaxilə etdiyinə inanmağa heç bir səbəb yoxdur. Doğrusu, müdaxiləsi strateji səhvdir. Çünki bu müdaxilə onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir toqquşmaya saldı. Bu, iki tərəfin də maraqlarına zərər verdi.
Ancaq Putin Avropa İttifaqının dağılmasını sürətləndirmə şansını görəndə isə, bunu havada qapdı. Ümumi düşmənə - İŞİD-ə qarşı əməkdaşlıqdan danışaraq planlarını gizlədib. Ukraynada Minsk müqaviləsini imzalayaraq yerinə yetirməkdə isə laqeydlik etmişdi. Burada da eyni mövqeni tutdu.
Reallıq odur ki, Putinin Rusiyası və Aİ zamana qarşı bir yarışa giriblər. Problem hansının əvvəl dağılacağı məsələsidir.
Putin hakimiyyətinin tənəzzülün qarşısının alınmasının ən təsirli yolu, daha əvvəl AB-nin dağılmasına səbəb olmaqdır. Alt-üst olan bir AB Ukraynadakı ilhaqdan sonra Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları davam etdirməyəcək."
Soros, "AB-nin hazırda eyni anda beş-altı böhranla boğuşduğunu, Merkelin doğru bir şəkildə ifadə etdiyi kimi, qaçqın böhranının Aİ dağıtmaq potensialı olduğunu" yazır.
"İŞİD iki tərəf üçün də təhdid kəsb edir, ancaq olduğundan çox da şişirtmək lazım deyil. Terrorçular tərəfindən artırılan hücumlar hər nə qədər qorxu olsa da, Rusiyadan gələn təhdidlə müqayisə edilə bilməz", - deyə yazır amerikalı milyarder.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024