Dünya (23-01-2016, 17:12)
10 ölkə BMT-də səs hüququndan məhrum olundu
Borc üzündən 10 ölkə BMT-nin Baş assambleyasında səs hüququndan məhrum olunub.
Mediatv.az saytı Associated Press agentliyinə istinadən xəbər verir ki, müvafiq sərəncam yanvarın 22-də BMT-nin baş katibi Pan Gi Mun tərəfindən imzalanıb.
Sərəncamda deyilir ki, təşkilata borcu olan ölkələr üzvlük haqlarını ödədikdən sonra yenidən səs hüququ əldə edəcəklər.
BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olan Venesuela da bu ölkələrin sırasındadır. Hazirda Venesuelanın BMT-yə 3 milyon dollar borcu mövcuddur. Səs hüququndan məhrum edilən digər ölkələr isə bunlardır: Dominikan Respublikası, Sent Vinsent və Qrenadin, Burundi, Bəhreyn, Liviya, Mali, Marşall adaları və Vanuatu.
Daha 5 ölkə, borcları olsa da, siyasi-hərbi çəkişmə vəziyyətində olduqlarından, səs hüququndan məhrum edilməyiblər. Bunlar Komor adaları, Qvineya-Bisau, San-Tome və Prinsipi, Somali və Yəməndir.
Xatırladaq ki, BMT-nin Baş assambleyasında 193 ölkə təmsil olunub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024