Türkiyədə terror təşkilatının hücumu bu dəfə 3 polisin ölümü ilə nəticələnib.
Mediatv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Şırnak əyalətində zirehli polis maşınına edilən bombalı hücum nəticəsində 3-ünün vəziyyəti ağır olmaqla 7 polis vətəndaşı yaralanıb. Onlar təcili olaraq xəstəxanaya çatdırılıblar. Vəziyyəti ağır olan 3 polis xəstəxanada həyatını itirib.
Ərazidə atışmalar davam edir.