Dünya (14-01-2016, 15:35)
Rusiya Türkiyənin 23 ton toyuğunu geri qaytardı
Rusiya Türkiyədən idxal olunan 23 ton toyuğu geri qaytarıb.
Mediatv.az xəbər verir ki, Rusiyanın Primorye şəhərində Türkiyədən gələn çəkilmiş toyuq ətində icazə verildiyindən daha çox antibiotik aşkar olunub. Bu səbəbdən Türkiyədən alınan 23 ton toyuğun geri qaytarılması ilə bağlı qərar verilib.
Primorye bölgə rəhbərliyinin internet səhifəsində məsələ ilə bağlı verilən açıqlamada bildirilir: “Türk firması tərəfindən emal edilən və yerli bir istehsalçının ünvanında baytar sertifikatı ilə 2015-ci ilin sonunda Vladivostok limanından Rusiyaya gətirilən 23 tondan çox ət məhsulu aşkar olunub. Bölgənin rəsmi dövlət baytarlıq laboratoriyasının məlumatlarına görə, idxal məhsullarında icazə verilən miqdardan 1.8 qat daha çox antibiotik oksitetrasiklini müəyyənləşib. İlk testdə bir kilo məhsulda 17.95 mikroqram oksitetrasiklin aşkar olunub. Amma ikinci mərhələdə bir kilo məhsulda 18.15 mikroqram oksitetrasiklinin aşkar olunduğu açıqlanıb”.
Bu cür məsələlərdə mövcud qanunlara görə məhsullar ixracatçı ölkəyə geri göndərilir və ya məhv edilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024