Dünya (4-01-2016, 22:54)
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin rəisi öldü
Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqun dünyasını dəyişib.
Mediatv.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin 58 yaşlı general-polkovnikin ölümü ilə bağlı mərhumun qohumlarına və yaxınlarına başsağlığı verib.
İqor Serqun Suvorov adına Moskva Hərbi Məktəbini, RSFSR Ali Soveti adına Moskva Ali Hərbi Komandanlıq Məktəbini, Sovet ordusunun Hərbi Akademiyasını, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdi və hərbi elmlər namizədi idi.
İ. Serqun 2011-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin rəisi-Baş Qərargah rəisinin müavini təyin olunmuşdur. O, 21 fevral 2015-ci ildə general-polkovnik rütbəsi almışdı.