Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (23-12-2015, 19:13)
Rusiyalı deputat: "AŞPA-nın qış sessiyasında iştirak etməyəcəyik”

Rusiyalı deputat:

 

 

“Rusiya əleyhinə qəbul edilən sanksiyalar aradan qaldırılmasa, Rusiya nümayəndə heyəti AŞPA-nın 2016-cı il yanvar sessiyasında iştirak etməyəcək”.
Mediatv.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov deyib.
 
“Təşkilatda tamhüquqlu iştirakımız mümkün olduqda, biz AŞPA-ya qayıdacağıq. Əgər gələn ilin əvvəlinə kimi bu sahədə perspektiv görməsək, Rusiya nümayəndə heyəti AŞPA-nın yanvar sessiyasında iştirak etməyəcək”, -deyə A. Puşkov bildirib.
 
O həmçinin bildirib ki, hələlik bu məsələ tam dəqiqləşməyib, yekun qərar sessiyaya az qalmış qəbul ediləcək. A. Puşkovun sözlərinə görə, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların uzadılması qərarının qəbulunda Almaniya kansleri Angela Merkel böyük rol oynayıb: “Əgər Merkelin mövqeyi olmasaydı, Avropa İttifaqı sanksiyaları təxirə salmasaydı belə, ən azından ixtisar edərdi”.
 
Bununla yanaşı, A. Puşkov qeyd edib ki, Avropa İttifaqı 2016-cı ilin yazında Rusiyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirə bilər.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024