Dünya (21-12-2015, 09:56)
“Əfqan kampaniyası Sovet İttifaqının səhvi idi” – Putin
Rusiya prezidenti Vladimir Putin SSRİ-nin Əfqanıstanda apardığı hərbi kampaniyanı Sovet rəhbərliyinin səhvi adlandırıb.
Mediatv.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Vladimir Solovyovun bir hissəsi “Rossiya 1″ telekanalı ilə yayımlanan “Miroporyadok” sənədli filmində göstərilən müsahibəsində bildirib.
Bununla yanaşı Putin qeyd edib ki, SSRİ-nin bu ölkədəki kampaniyası ilə ABŞ-ın Vyetnamdakı əməliyyatları arasında paralellər aparmağına dəyməz. Prezident, xüsusilə bildirib ki, o zaman Sovet qoşunları dövlətin ərazisinə əfqan rəhbərliyinin xahişi ilə daxil olub. Dövlət başçısı Vaşinqtonun başqa üsullarla hərəkət etdiyinə də diqqət çəkib.
“Biz hər halda Əfqanıstanda o vaxtkı əfqan hökuməti və prezidentinin xahişi ilə olmuşuq. Bu böyük fərqdir … Əfqan hadisələrinə bizim qoşulduğumuz şəkildə baş qoşmağımız lazım idimi, bu artıq başqa söhbətin mövzusudur, burada düşünmək lazımdır … Ümumilikdə isə, əfqan kampaniyası Sovet İttifaqının səhvi idi, bu aşkardır”, — deyə prezident bildirib.
Putin, həmçinin Qərbə demokratiya haqqında öz təsəvvürlərini başqa ölkələrə zorla qəbul etdirməməyi məsləhət görüb.