ABŞ Erməni Milli Komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan Twitter səhifəsində şəkil və yazı paylaşıb.
Mediatv.az-ın məlumatına görə, şəkildə konqresmen Kristofer Smitin ANKA sədri ilə görüşü əks olunub. Tvitin alt yazısında isə A.Hamparyan qeyd edir ki, onun işini dəstəkləmək üçün ANKA konqresmen Smit ilə görüşür.
Bu yerdə deyiblər: dostunu göstər, deyim sən kimsən. Bu bir daha Kris Smitin ANKA və ABŞ erməni lobbisi ilə yaxınlığını göstərir.
Qeyd edək ki, Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri konqresmen Kris Smit tərəfindən ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı “Azərbaycan Demokratiya aktı” layihə təqdim olunub.
Layihədə təklif edilir ki, Azərbaycan hökumətinin yüksək vəzifəli məmurlarına, hakimiyyətə yaxın biznesmenlərə, təhlükəsizlik və məhkəmə sisteminin üzvlərinə ABŞ-a viza verilməsindən imtina olunsun və eyni zamanda onlara qarşı maliyyə sanksiyaları tətbiq edilsin.