Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (11-12-2015, 14:27)
Rusiya Suriyada sutkada 8 milyon dollar xərcləyir

suriy11a

 

Rusiya hakimiyyəti 2016-cı ildə “İslam dövləti” qruplaşmasına qarşı hərbi kampaniyaya 1,2 milyard dollar xərcləməyi planlaşdırsa da, son hadisələr bu xərclərin artmasına səbəb olub.
Mediatv.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Rusiya rəhbərliyi ilk vaxtlar Suriyadakı əməliyyatlara gündəlik 4 milyon dollar xərcləyirdi. Lakin sonradan prezident Putin “İslam dövləti”nin mövqelərinin bombalanmasını intensivləşdirmək barədə göstəriş verdi və xərclər sutkada 8 milyon dollara qədər yüksəldi.
Putinin göstərişi noyabrın 24-də Türkiyənin Rusiya təyyarəsini vurması ilə bağlı idi. Beləliklə, Rusiyanın 2016-cı ildə hərbi xərclərinin 1,2 milyarddan 3 milyard dollara qədər yüksələcəyi gözlənilir.
Bundan bir neçə ay əvvəl də Rusiya və beynəlxalq media Suriya kampaniyasının gündəlik 4 milyon dollar xərc tələb etdiyini yazırdılar. Bura aviasiya bombalarının dəyəri, texniki qulluq, infrastruktur xərcləri və şəxsi heyətin aylıq məvacibləri daxildir.
Ekspertlərin fikrincə, 50 milyard dollar (3,1 trilyon rubl) hərbi büdcəsi olan Rusiya Suriyadakı əməliyyatlara maliyyə ayıra bilsə də, münaqişənin illərlə uzanması bu məsələni çətinə salacaq.
Rusiya baş naziri Dmitri Medvedev isə ölkənin Suriyada xərclədiyi vəsaitin miqdarını açıqlamayıb.
“Bu sirdir. Ancaq onu deyə bilərəm ki, xərclər Rusiya Müdafiə Nazirliyinə ayrılan illik büdcənin çərçivəsindən çıxmır”.
Sentyabrın 30-dan Suriyada hava əməliyyatlarına başlayan Moskva “İslam dövləti”ndən çox Bəşər Əsədin əsas siyasi rəqiblərinin mövqelərini bombalamasına görə NATO tərəfindən tənqid olunur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024