Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-12-2015, 10:38)
Obama xalqa müraciət etdi: "Azadlıq qorxudan daha güclüdür"

ABŞ prezidenti Barak Obama ötən həftə Kaliforniyanın San Bernardino şəhərində 14 nəfərin terrorçular tərəfindən qətlə yetirilməsi ilə bağlı xalqa müraciət edib.

Mediatv.az-ın məlumatına görə, televiziya kanalları ilə canlı yayımlanan çıxışında B. Obama hadisənin günahsız insanları öldürməyə yönəlmiş terror aktı olduğunu bildirib. "Azadlıq qorxudan daha güclüdür", deyən ABŞ prezidenti qeyd edib ki, belə bir vaxtda Amerika xalqının bölünməsi radikallara sərf edər.

B. Obama ABŞ-da silahlanma ilə bağlı qanunvericiliyi tənqid edərək ölkə daxilində insanların silah əldə etməsini çətinləşdirməyin zəruriliyini vurğulayıb. O, ABŞ-ın dəyişən terror təhdidinin öhdəsindən gələcəyini söyləyib və bu mübarizədə müsəlman icmalarını müttəfiq kimi görməyin vacibliyinə diqqət çəkib: "Bunun ABŞ-la islam arasındakı savaş kimi qiymətləndirilməsinə imkan vermərik".

B. Obama hansı ölkədə olursa olsun, ABŞ ordusunun terrorçuları təqib edəcəyini və ölkə daxilində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini də əlavə edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024