Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (28-11-2015, 20:15)
“Batka” Bakıya Avrasiya Birliyinin dəstəyini vəd etdi

ilham batka esas.jpg

Belarus Azərbaycanın xammal və yarımfabrikatlarının Avropa ittifaqının bazarına çıxarmaq üçün Bakı ilə birgə kooperasiya müəssisəsi yaradacaq.

Mediatv.az bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün nəticələri barədə KİV-ə açıqlamasında bəyan edib. Lukaşenko bildirib ki, Belarusda yaradılacaq  bu kooperasiya Azərbaycan məhsullarının üçüncü ölkələrə, o cümlədən Avropa İttifaqına çıxaracaq.  Lukaşenko bunu perspektiv istiqamət adlandırıb. Onun sözlərinə görə, Belarusun çoğrafi mövqeyini və Avrasiya İttifaqına üzvlüyünü nəzərə aldıqda bu çox perspektivlidir. Bu istiqamətdə ciddi şəkildə işləmək üçün Belarus və Azərbaycan hökümətlərinə  tapşırıq verilib.

A. Lukaşenko prezident İlham Əliyevlə ikitərəfli görüşü zamanı bildirib ki, iki ölkə arasında heç bir ehtiyat ediləsi və qapalı mövzu yoxdur. “Biz sizinlə bölgə-bölgə əməkdaşlıq edirik. Əgər bu kiminsə xoşuna gəlmirsə, öz problemləridir. Bizdə qadağan olunmuş mövzu yoxdur. Bilin ki, sizin burda dostlarınız var”- deyə o vurğulayıb.  

Belarus prezidenti həmçinin Azərbaycanın işgüzar dairələrinin iştirakı ilə neft-kimya, enerji, kənd təsərrüfatı sahəsində kooperativlərin yaradılması imkanlarına baxmağa çağırıb.  O həmçinin tütün və siqaret sahəsində böyük imkanların olduğunu deyib.

Prezident İlham Əliyev bildirib ki, Belarusun ictimai-siyasi stabilliyi onun uğurlarının başlıca göstəricisidir.  “Belarusda mövcud olan ictimai-siyasi stabillik uğurların əsas göstəricisidir və bu uğurların davam edəcəyini göstərən əsas təminatdır,” - deyə o, əlavə edib.

Prezident İlham Əliyev  A/Lukaşenkonu Azərbaycana rəsmi səfərə dəvət edib. “Hər bir səfər münasibətlərimizin strateji xarakterini təsdiq edən siyasi təsbitdir. Biz dost olaraq həmişə bir yerdə olacağıq, sizin uğurlarınıza sevinəcəyik”.

İki ölkə başçısı Azərbaycan və Belarus arasında siyasi dialoq və çoxtərəfli əməkdaşlıq barədə birgə deklarasiya imzalayıb. Sənəddə vurğulanır ki, beynəlxalq mövzuda bir çox məsələlərdə iki ölkənin mövqeyi yaxındır və üst-üstə düşür.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev rəsmi səfərlə Belarus Respublikasına gedib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024