Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-07-2015, 09:09)
Lukaşenko Artur Rasizadəyə orden verdi

Lukaşenko Artur Rasizadəyə orden verdi

 “Belə mükafatların siyasi sətiraltı mənası olur”.

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş naziri Artur Tahir oğlu Rasizadəyə “Xalqlar dostluğu” ordenini təqdim edib.

Mediatv.az bu barədə BELTA-ya istinadən xəbər verir.

“Belə mükafatların altında siyasi sətiraltı mənası, avans və s. olur, amma sizə gəldikdə burada heç bir avans, heç bir siyasi sətiraltı məna yoxdur. Çünki siz bizim münasibətlər üçün Azərbaycanın heç bir vətəndaşının etmədiyi qədər çox şey etmisiz”, - Artur Rasizadəyə müraciət edən Belarus lideri deyib.

Aleksandr Lukaşenko xatırladıb ki, Azərbaycan rəhbərliyi ilə dostluq əlaqələri mövcuddur.

“Mən belə münasibətlərin olduğu digər ölkələrin rəhbərlərinin adlarını barmaq sayı ilə göstərə bilərəm”, - Belarus prezidenti qeyd edib.

Onun sözlərinə görə, belə anlaşma səviyyəsinin əldə edilməsinə Artur Rasizadə böyük əmək sərf edib.

“Siz hər yerdə cari prezident ilə şəxsi münasibətlərdən başlayaraq, xalqlar və dövlətlər arasında münasibətlərə qədər hər şeyə böyük əmək sərf etmisiniz”.

Belarus prezidenti Azərbaycanın baş nazirinin bu yüksək mükafatı minnətdarlıqla qəbul edəcəyinə və onunla hər zaman fəxr edəcəyinə əminlik bildirib.

Xəbər verildiyi kimi, Artur Rasizadə Belarus və Azərbaycan arasında iqtisadi-ticarət və humanitar əlaqələrin inkişafı və möhkəmləndirilməsində göstərdiyi əmək üçün “Xalqlar dostluğu” ordeni ilə təltif edilib.

Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024