Dünya (26-11-2015, 12:45)
İran Rusiyanı müdafiə edir: “Türkiyəyə çox baha başa gələcək…”
İran parlamentinin spikeri Əli Laricani bəyan edib ki, Rusiya təyyarəsini vurmaqla Türkiyə rəhbərliyi səhv edib. Lakin ABŞ Türkiyə rəhbərliyini dəstəkləməklə daha böyük səhvə imza atıb.
Mediatv.az bu barədə “Press TV”-yə istinadən xəbər verir.
“Bu böyük səhv idi, ABŞ prezidenti Barak Obamanın bunu dəstəkləməsi daha böyük səhvdir. Bu isə regionda vəziyyəti daha da gərginləşdirir”, - deyə Laricani vurğulayıb.
Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.