Mediatv.az-ın məlumatına görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama verib.
S.Şoyqu bu barədə Rusiya Silahlı Qüvvələrinin Ali Baş komandanı, prezident Vladimir Putinə məruzə edərkən deyib ki, terrorçuların 7 hədəfinə zərbə endirilib.
“Noyabrın 20-də Rakka, İdlib və Hələb şəhərlərindəki 7 hədəfə 18 qanalı raket zərbəsi endirilib. Bütün hədəflər vurulub” - deyə Şoyqu bildirib.