Mediatv.az xəbər verir ki, bu barədə məlumat Rusiya prezidentinin hüquqi informasiya portalında yerləşdirilib.
Rusiya prezidentinin sərəncamında ali dövlət mükafatının Ə.Rəhimova əmək fəaliyyətindəki uğurlarına və çoxillik vicdanlı fəaliyyətinə görə verildiyi qeyd olunub.
Xatırladaq ki, Ə.Rəhimov Moskva vilayətində fəaliyyət göstərən "Günay" istehsalat-kommersiya şirkətinin direktoru vəzifəsində çalışır .