Dünya / Slayd (28-09-2015, 22:37)
“Demokratiya və inkişaf yerinə zorakılıq, fəlakət görürük” - PUTİN
“Hər hansı dövlətin BMT-nin nizamnaməsinə uyğun olmayan hərəkətləri legitim deyil və beynəlxalq hüquqa cavab vermir”.
Mediatv.az-ın AzPolitika.info-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambeyasının 70-ci sessiyasındakı çıxışı zamanı deyib.
“Söhbətlər gedir ki, guya təşkilat köhnəlib, öz tarixi missiyasını başa vurub. Əlbəttə, dünya dəyişir və BMT də bu transformasiyaya cavab verməlidir. Lakin biz BMT-nin avtoritetini və legitimliyini əzib keçməyi çox təhlükəli hesab edirik.”
“İnqilab ixracı”ndan da söz açan Putin, Suriya və Afrikanı misal gətirib: “Demokratiya və inkişaf yerinə zorakılıq, yoxsulluq, sosial fəlakət görürük”.
Suriya hakimiyyəti və ordusu ilə əməkdaşlıq etməməyi böyük səhv hesab edən Putin vurğulayıb ki, “döyüşçülərin ideoloqları İslamı təhqir edirlər”.
Putin bundan əvvəl də dilə gətirdiyi anti-terror koalisiyası yaratmağı təklif edib. Avropaya üz tutan qaçqınlardan da danışan Putin qeyd edib ki, bu, mahiyyətcə xalqların yeni, kədərl köçüdür: “Vurğulamaq istərdim ki, qaçqınların həmrəyliyə və dəstəyə ehtyacı var. Lakin bu problemi kökündən həll etmək üçün onların dağıdılmış dövlətçiliyini bərpa etmək lazımdır. Liviyada dövlətçiliyinin bərpası, İraqda yeni hökumətə dəstək və Suriyanın qanuni hökumətinə yardım beynəlxalq ictimaiyyətin başlıca vəzifələrindəndir”.