Dünya (26-09-2015, 22:19)
Həsən Ruhanidən qonşulara əməkdaşlıq mesajı
İran qonşuları ilə konstruktiv əməkdaşlığa hazırdır, ölkənin nüvə proqramına dair əldə olunmuş razılaşma bunun üçün münasib şərait yaradıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu BMT-də dayanıqlı inkişaf mövzusunda keçirilən sammitdə İran prezidenti Həsən Ruhani bildirib.
Ruhanin sözlərinə görə, Tehran və “altılıq” ölkələri arasında son iki ildə aparılmış danışıqlar prosesi ətraf mühitin qorunması sahəsi daxil olmaqla regional və beynəlxalq əməkdaşlıq üçün əlverişli şərait yaradıb.
“Biz dayanıqlı regional inkişaf naminə digər ölkələrlə konstruktiv münasibətlər, texnologiyaların və biliklərin ötürülməsi, birgə elmi fəaliyyət vasitəsilə qonşularımızla əməkdaşlıq etmək niyyətindəyik. Belə şəraitdə ətraf təhlükələrdən qorunmuş daha dayanıqlı dünya qurmaq mümkündür”, deyə Ruhani qeyd edib.