Mediatv.az-ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, qaçaq siqaret ticarətindən əldə olunan gəlirlər PKK-nın əsas maliyyə mənbələrindən biri olub. Artıq Türkiyə hökuməti PKK-nın əsas maliyyə mənbəyi olan qaçaq siqaret ticarətinə böyük zərbə vurub. Əməliyyat zamanı müsadirə olunan 80 milyonluq qanunsuz siqaret paketlərinin 5 milyonu İstanbulda ələ keçirilib.
Ümumilikdə isə İstanbul şəhər Qaçaqmalçılıqla Mübarizə İdarəsinin 2015-ci ildə keçirdiyi 160 əməliyyatda 300 nəfər saxlanılıb.