Dünya (24-09-2015, 20:35)
Merkel əldə olunan razılıqdan məmnundur
Almaniya kansleri Angela Merkel Suriyadakı zorakılıqlardan qaçan miqrantlarla bağlı qətnamənin Birləşmiş Ştatlar, Rusiya və Yaxın Şərqin köməkliyi ilə həyata keçəcəyini deyir.
Mediatv.az-ın məlumatına görə, “Report” Amerikanın səsinə istinadən xəbər verir ki, Merkel digər Avropa Birliyi liderləri ilə əldə olunan razılıqdan qane olduğunu bildirir. Razılığa əsasən Avropa Birliyi üzvləri ölkələrinin yaxınlığında yerləşən düşərgələrdə qaçqınlara yardım edən beynəlxalq yardım agentliklərinə 1,1 milyard dollar ianə edəcəklər.
Cümə axşamı kansler Merkel Almaniya parlamentində qaçqın böhranı ilə bağlı çıxış edib. Almaniya ən çox qaçqın qəbul edən ölkədir.
Bu razılıq cümə axşamı Brüsseldə başa çatan fövqəladə zirvə görüşündə əldə olunub.
Avropa Birliyinə üzv 28 ölkə Livan, İordaniya və Türkiyə kimi milyonlarla suriyalı qaçqını qəbul edən ölkələrə yardımı artırmaq qərarına gəlib.