Dünya (22-09-2015, 13:40)
ABŞ aviasiyası üçün ən əsas təhlükə
Pentaqon, “Lockheed Martin” şirkətinin istehsal etdiyi “F-35 Lightning II” zərbə qırıcısını ABŞ donanmasının əsas taktiki təyyarəsi kimi görmək istəyir. Ancaq dünyanın heç də hər ölkəsi bu cür baha başa gələn beşinci nəsil qırıcılardan istifadə etmək imkanına malik deyildir.
Mediatv.az-ın məlumatına görə, belə qırıcılardan ibarət donanmanın yaradılması, çox çətin ki, hətta Rusiya və Çin kimi böyük dövlətlərə müyəssər olsun. Onlar isə bunun əvəzinə, yaxın gələcəkdə taktiki aviasiyalarının dayağı sayılan “Suxoy” konstruktor bürosunda hazırlanmış və havada üstünlük əldə etmək üçün nəzərdə tutulmuş ”SU-27 Flanker” (NATO təsnifatlandırmasına görə) qırıcılarının müxtəlif variantlarından istifadə edəcəklər. Bu sinifdən olan təyyarələrin içərisində ən effektlisi isə təkmilləşdirilmiş müasir elektonika və güclü mühərrikə malik olan “SU-35” sayılır. (The National İnterest)
“SU-27 Flanker” təyyarələri ilə ABŞ Hərbi Hava Qüvvələrinin qarşıdurması zamanı donanma “F-35” qırırıcılarının müxtəlif modifikasiyalarına ümid bəsləyir. Lakin “F-35” təyyarələri heç zaman hava döyüşündə üstünlük əldə etmək üçün nəzərdə tutulmayıb. Həmin təyyarələr özünü digər təyyarələrdən qoruya biləcək geniş imkanlara malik bombardmançı hücum qırıcılarıdır. Amma buna baxmayaraq, Pentaqon bu təyyarələri çoxməqsədli qırıcılar kimi reklam edir.
Görəsən “F-35” qırıcısı, ”Su-35”-lərlə toqquşsa nə edər? Yəqin ki, uçuş kursunu dəyişərək, hava döyüşündə üstünlük əldə etmək üçün nəzərdə tutulmuş “F-22” (Raptor) və “F-15”-ləri çağıracaq və sonra isə özü, onun üçün təyin edilmiş hədəfləri vurmağa doğru yönələcək.
Ancaq tarixin bizə öyrətdiyi kimi, müharibədə hər zaman optimal həll yollarını seçmək mümkün olmur. Əgər hətta “F-35” yalnız öz gücünə arxalanaraq, döyüşə atılarsa, onda onun “SU-35”-in öhdəsindən gəlmək üçün yaxşı imkanları da ola bilər. Bunun üşün sadəcə olaraq, öz üstün kartlarından düzgün istifadə etməyi bacarmaq lazımdır.
“F-35” pilotları öz təyyarələrinin güclü tərəflərini işə salmalı və rəqibə onların zəif xüsusiyyətlərindən istifadə etməyə imkan verməməlidirlər. ”F-35” təyyarələrinin güclü xüsusiyyəti onların yüksək dəqiqlikli sensorlar və radalara yaxalanmamasıdır. Faktiki olaraq, onlar yaxın kontaktdan qaçmaq üçün, vizual görünüşdən uzaq olan məsafədən mübarizə aparmalıdırlar.
“F-22 Raptor” elə ilk başlanğıcdan hava döyüşlərində üstünlük əldə edilməsi üçün nəzərdə tutulub, lakin bunun “F-35”-ə aidiyyatı yoxdur. ”F-22” səsdən xeyli sürətlə uçmaqla yanaşı, həm də yüksək hündürlükdə uçmaq xüsusiyyətinə də malikdir. Onu da deyək ki, ”F-35”-in sürəti ”F-22 Raptor”a nisbətən daha zəifdir. Bundan başqa, vizual görüş məsafəsi çərçivəsindəki döyüşlərdə yüksək manevr qabliyyətinə malikdir. Bu təyyarələr rəqiblərini dönmə bucağının uçuş sürətinə, radiusuna və istənilən hündürlükdə sürətin artırılması xüsusiyyətinə görə geridə qoyur.
50 min fut (15200 m) hündürlükdən yüksəkdəki seyrək atmosferdə səsdən iti sürətlə uçan “F22 -Raptor” faktiki olaraq, harada və nə zaman döyüşəcəyini özü seçə bilər. Amma əgər “F-22”-yə nisbətən ləng olan və alçaqdan uçan “F-35”-in pilotları ehtiyatlı olmasalar, onda onlar xarakterik göstəricilərinə görə rəqibin güclü olduğu şərtlər daxilində döyüşmək məcburiyyətində qalacaqlar. Digər tərəfdən isə “F-35”-in sürəti və uçuş hündürlüyü onun öz gövdəsində daşıdığı “AİM -12O” raketlərini “F-22”-lərdə olduğu sürətlə hədəfə doğru yönəltmə enerjisi verə bilmir. Ona görə də, bu raketlərin uçüş məsafəsi az olacaq.
“F-35”-in, ”F-22 Raptor” və hətta ”F-16” kimi manevr qabliyyəti yoxdur. Ona görə də, yaxın məsafəli döyüşlərdə “F-35” təyyarəsinin xilası, pilotun təcrübə və bacarığından asılıdır. Əlavə olaraq isə stels texnologiyası ilə hazırlanma konfiqurasiyasına malik olduğuna görə, “F-35” yalnız gövdə daxilinə yerləşdirilə bilən silahlarla təchiz olunub. Bu səbəbdən də onlar “AİM-9X” raketləri daşıya bilmirlər. ”AİM -9X” raketlərinin yaxın hədəfləri vurmaq xüsusiyyəti var. Əgər nə zamansa ”F-35”-lərin silah bölümü “AİM-9X” raketləri ilə təchiz ediləcəksə, onda bu qırıcılar ”AİM-120” raketləri ilə vidalaşmalı olacaqlar. Beləliklə, ”F-35” pilotu istənilən halda yaxın döyüşdən qaçmalıdır.
Əgər Amerika komandanlığının digər alternativi yaranacaqsa, onda onların “F-35” qarşısında havada üstünlük qazanmaq məsələsini qoyacaqları, çox az ehtimal olunur. Ancaq “F-22 Raptor”-ların sayı ABŞ-da çox olmadığı və ,”F-15”-lər də azaldığı üçün, onların belə bir addım atmağa məcbur olacaqları tamamilə mümkün görünür. Əslinə isə istənilən halda dünyanın əksər regionlarında Amerika aviasiyası üçün başlıca təhlükə düşmən aviasiyası deyil, müsair Hava Hücumundan Müdafiə kompleksləridir.