Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (1-09-2015, 19:26)
Həbsxanada yanğın: 17 nəfər ölüb

Venesuellanın şimalında yerləşən həbsxanada baş verən yanğın nəticəsində 17 nəfər həlak olub.

Mediatv.az anspress-ə istinadən xəbər verir ki, yanğın nəticəsində daha 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yanğın Karabobo ştatında Valensiya şəhərində yerləşən həbsxanalardan birində olub. Həlak olmuş insanların kimliyi hələ ki, tam məlum deyil. İlkin məlumata əsasən, doqquz kişi və səkkiz qadın yanğının qurbanı olub. 

Ölənlərin yaxın qohumlarının verdikləri məlumata görə, həlak olan kişilər dustaqlar , qadınlar isə onlara baş çəkməyə gələnlər olub.

Yanğının səbəbləri aydınlaşdırılır. Digər məhbusların sözlərinə görə, yanğına səbəb elektrik naqillərində yaranmış qısa qapanma ola bilər.

Venesuelada həbsxanaların əksəriyyəti cinayətkarlarla doludur. Ümumilikdə, həbsxanalarda 40 mindən çox insanın olduğu deyilir. 

Hüquq müdafiəçilərinin məlumatına görə, Venesuela həbsxanalarında 2014-cü ildə 300-dən çox məhbus öldürülüb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024