Dünya (29-08-2015, 17:47)
Bu foto ilə bütün həyatları dəyişdi
Norveçli fəal Gissur Simonarson keçən həftə qucağında qızı ilə Beyrut küçələrində qələm satan atanın fotosunu paylaşdıqdan sonra sosial medianın gücü bir daha özünü təsdiqləyib
Mediatv.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Simonarson fotonu Tvitterə qoymasının ardından dünyanın hər yerindən şəkildəki ataya kömək istəkləri gəlib. Ancaq aktivist həmin kişini də, fotonu çəkəni də tanımırdı.
Az sonra yaradılan "#BuyPens" ("Qələmləi al") heşteqiylə fotodakı şəxsin yeri məlum olub. İki günlük araşdırma və yardımların nəticəsində həmin kişinin adının Əbdül (Abdul) olduğu öyrənilib.
İki uşaq atası olan və tək yaşayan Əbdül beynəlxalq mövzuya çevrildiyini öyrənincə təəccüblənib. Qucağında yatarkən fotosu çəkilən 4 yaşlı Rim (Reem) adlı qızı isə onları tapan aktivist qadın Karol Maloufla selfi etmək istəyib.
Simonarson Suriyanın ən problemli yerlərindən olan Yermukdakı evindən qaçan Əbdül və ailəsinə kömək məqsədi ilə Facebook səhifəsi açıb. Kampaniya 30 dəqiqə içində dünyaya yayılıb. 24 saatda isə 3 min insanın yardımı ilə 80 min dollar toplanıb.
Simonarson "Əbdül məbləği eşidincə ağlamağa başladı, yardım edənlərə təşəkkür edir" deyib. Əldə olunan pulla iki uşağını da məktəbə göndərəcəyini söyləyən Əbdül müharibədən qabaq şokolad fabrikində işləyirmiş.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024