Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (26-07-2015, 20:44)
Rusiya Qara dənizə hərbi gəmilər gətirir

2020-ci ilədək Rusiya Hərbi-Dəniz Qüvvələrinin Krımdakı Qara dəniz donanmasının balansına 54 yeni gəmi daxil olacaq.

"Report" İnterfaks agentliyinə istinadən xəbər verir ki, bunu Qara dəniz donanmasının rəhbəri, admiral Aleksandr Vitko bildirib.

Onun sözlərinə görə, hazırda Sevastopol şəhərində keçirilən hərbi-dəniz paradı Sovet İttifaqı dövründə inşa edilən gemilərin çoxluq təşkil etdiyi sonuncu paraddır.

"Severomorsk və Baltiysk limanlarına olan gəmilərin bir qismi artıq gələn il Krıma gətiriləcək", - deyə admiral məlumat verib.

Qara dəniz donanması 1783-cü ildə - Krım Rusiya imperiyasına qoşulduqdan sonra yaranıb. Onun ilk baza məntəqəsi Krım yarımadasının cənub-qərb sahilində yerləşən Axtiar buxtası olub. Burada Sevastopol şəhəri salınıb.

Artıq 1787-ci ildə onun tərkibinə 2 döyüş gəmisi, 12 freqat, 3 bombardman gəmisi və 28 ədəd digər tipli hərbi gəmi daxil idi. Donanmaya Qara dəniz admirallığı komandanlıq edirdi.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024