Dünya (8-04-2015, 17:11)
“Bütün günahlar Rusiyadadır”
Ağ Evin məxfi kompüter şəbəkəsinə kim müdaxilə edib?
Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Rusiyanı kibercasusluqda ittiham eləməsinə cavab verib.
Peskov bildirib ki, hər şeydə Moskvanı günahlandırmaq artıq bir idman növünə çevrilib.
Bu gecə CNN teleşirkəti bildirib ki, hakerlər Ağ Evin məxfi kompüter şəbəkəsinə müdaxilə edə biliblər. Telekanalın öz mənbələrinin verdiyi məlumata görə, hakerlər "Rusiya hökumətinə işləyiblər".
Daha sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ben Rods bəyan edib ki, Rusiya kiberfəza və casusluq sahəsində fəal işləyir.
"CNN-in mənbələrinə gəldikdə isə, mən bilmirəm ki, bu nə mənbələrdir. Biz bilirik ki, bu artıq idman növünə çevrilib, hər şeyə görə Rusiyanı günahlandırırlar", - deyə Peskov jurnalistlərə bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024