Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (24-03-2015, 16:03)
İsrail İran ilə müzakirələri dinləyib - İddia

ABŞ-ın “Wall Street Journal” qəzeti qalmaqallı iddia ilə çıxış edib

 

Dərgi İsrailin casusluq edərək İranla aparılan nüvə silahı müzakirələrini dinlədiyi və əldə etdiyi məlumatları ABŞ Konqresi üzvlərinə ötürdüyünü iddia edib.
Qəzet Ağ Evdəki mənbələrinə əsaslanaraq İsrail ehtimal olunan nüvə müqaviləsinə qarşı tezisini gücləndirmək üçün casusluq etdiyini bildirib:
“İsrail müzakirələrdə və görüşlərdə iştirak edən diplomatları hələ 2014-cü ildən nəzarətə götürüb. ABŞ xüsusi xidmət orqanları İsrailin göndərdiyi məktubları ələ keçirəndə, Ağ Ev casusluq əməliyyatından xəbər tutdu. İsrail rəsmilərinin bölüşdüyü məlumatlar yalnız bağlı qapılar arxasında danışılan məlumatlar idi”.
Bu xəbər yayıldıqdan sonra Vaşinqton da narahatlıq keçirib. Qəzetin verdiyi məlumata görə, xəbərdə ABŞ rəsmilərini narahat edən əsl məsələ casusluq fəaliyyətindən əldə edilən məlumatlardan mümkün anlaşma ehtimalını zəiflətmək məqsədilə istifadə oluna bilər.
İsrail tərəfi isə yayılan xəbərlərə münasibət bildirərək iddiaların tamamilə əsassız olduğunu bildirib.
BBC-ə açıqlama verən israil rəsmilərindən birinin sözlərinə görə, bu iddialar əsassızdır: “İsrail dövləti ABŞ və ya digər müttəfiqlərinə qarşı heç vaxt casusluq fəaliyyəti göstərə bilməz. Bu əsassız iddialar iki ölkə arasında mövcud olan yoldaşlıq münasibətlərinə xələl gətirmə məqsədi daşıyır”.(Axar.az)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024